
Paytaxtda gənc oğlan özünü körpüdən atmaq istədi - VİDEO
Hadisə
13 Sentyabr 2023 18:51
Oxunub 282

Paytaxtın Xəzər rayonunda intihara təşəbbüs hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, olay sentyabrın 11-də gecə saat 23:20 radələrində qeydə alınıb. Görüntüdən bəlli olduğu kimi, gənc oğlan Binə körpüsünün üstünə çıxaraq özünü atmaq istəyib. Onun hansı səbəblə intihara cəhd etməsi məlum olmayıb. Əraziyə cəlb edilən polis əməkdaşları son anda fikrindən daşınan vətəndaşı saxlayıb.
Qeyd edək ki, məsələylə bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR