Paytaxtda gərgin anlar: Məsuliyyətsiz piyadalar sürücüləri təhlükəyə atdı - VİDEO

Paytaxtın müxtəlif ərazilərində qayda pozan piyadalar görüntülənib.
Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomateriallar göndərib. Nərimanov rayonu, Böyükşor bulvarı yaxınlığında qeydə alınmış kadrdan da göründüyü kimi, bir qrup piyada yolu müəyyən olunmamış yerdən keçərək həm özlərini, həm də sürücünü təhlükəyə atıblar. Hətta qayda pozan piyadalar sürücünün siqnal verərək onlara xəbərdarlıq etməsinə əl-qolla iradlarını da bildiriblər. Biraz irəlidə isə polis əməkdaşının keçiddən istifadə edərək yolu keçdiyi kameraya düşüb.
Oxşar mənzərə Buzovna-Zaqulba yolunda da qeydə alınıb. Belə ki, piyada keçidinin olmadığı yerdən azyaşlılarla yolu keçən yaşlı kişi təhlükəyə səbəb olub. Xoşbəxtlikdən sürücü ehtiyatlı davranıb və onlara yol verərək baş verəcək qəzanın qarşısını alıb. Lakin qəza baş verməsə belə təlimçi sürücülərin yenə də təhlükə qarşısında qaldıqlarını vurğulayıb. O, piyadaları görən sürücünün anidən tormoz verdiyini və bu vaxt arxadan gələn maşınla toqquşma riskinin yarandığını əlavə edib.
Nərmin
Həbsdə olan sabiq "Formula-1" pilotunun 9 avtomobili oğurlandı
Ağcabədidə meşədə çobanın meyiti tapılıb
Azərbaycanlı gənc ABŞ-də itkin düşdü - FOTO
Azərbaycanlı gəmi kapitanı iş başında vəfat edib - FOTO
Xətaidə ağaclar kəsilib, materiallar Baş Prokurorluğa göndəriləcək
Həyəcan siqnalı verən Dubay-Moskva təyyarəsi təhlükəsiz eniş etdi
Avtomobilində ölü tapılan direktor kimdir? - DOSYE
Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Yeni il gecəsi Fəvvarələr meydanında söyüş QALMAQALI: saxlanılanlar var
Suraxanıda maşından telefon, marketdən lotoreya oğurlayanlar SAXLANILDI
Gəncədə yeniyetmə 23 yaşlı gənci söyüş üstündə öldürübmüş - TƏFƏRRÜAT











