
Paytaxtda park edilmiş avtomobilin arxa şüşəsini deşdilər - İDDİA - VİDEO
Hadisə
27 Fevral 2024 20:57
Oxunub 1870

Nərimanov rayonu Əliyar Əliyev küçəsində park edilmiş avtomobilə maddi ziyan vurulub.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisənin görüntüsü sosial şəbəkələrdə geniş yayılıb. Videodan göründüyü kimi, avtomobilin arxa şüşəsi deşilib. Zərərçəkmişin iddiasına görə, maşınını bilərək zədələyiblər. Belə ki, o, avtomobili 20 saatdan artıq müddətdə ərazidə park etdiyini bildirib. Qayıtdığı zaman isə artıq avtomobilinin bu vəziyyətdə olduğunu qeyd edib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR