Paytaxtda piyada keçidindən istifadə etməyən şəxslər qəzaya səbəb oldu - REAL VİDEO

İki piyadanın keçiddən istifadə etməməsi, sürücülərdən birinin isə ara məsafəsi saxlamaması qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında qeyd olunub.
Bildirilib ki, ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınan qəzanın piyadalardan birinin təxminən 2 metrliyində olan yerüstü piyada keçidinin altından yolu keçməsi, onun sürücülər üçün qəza şəraiti yaratması və sürücülərdən birinin də düzgün ara məsafəsi saxlamaması səbəbindən baş verməsini ehtimal etmək olar.
Piyadanın iştirakı ilə digər bir yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında "28 May" Nəqliyyat Mübadilə Mərkəzində baş verib. Piyada keçidinin bir neçə metrliyində, dayanmış avtobusun arxasından qəfil qaçaraq yolu keçmək istəyən qadın piyadanı avtobus vurub. Xəsarətlə nəticələnən bu qəza da piyada keçidlərindən istifadə etməməyin, nəqliyyat vasitələrinin ön və arxa hissəsindən qaçaraq yolu keçməyin nə qədər təhlükəli olduğunu göstərdi.
Təhlükənin aktuallığını nəzərə alaraq NİİM bir daha piyada və sürücülərə müraciət edir:
"Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməlidirlər. Onlar piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər".
"Özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar. Belə ki, bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib", - deyə müraciətdə qeyd olunub.
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










