Paytaxtda qanunsuz tikili sökülüb

Bakının Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 38/56 ünvanında yerləşən 6 mərtəbəli yaşayış binasında ("Körpə" MTK-ya məxsus) aparılan qanunsuz tikinti faktının qarşısı alınıb.
Bu barədə Avtosfer.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, qanunsuz tikinti faktının qarşısını Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi alıb.
Belə ki, Baş İdarə əməkdaşlarının şəhərsalma nəzarəti qaydasında həyata keçirdiyi monitorinq nəticəsində sözügedən binanın 1-ci mərtəbəsində yerləşən mənzildə müvafiq icazəverici sənədlər olmadan 2 ədəd pəncərə boşluğunda qapı oyuğu açılması və pilləkən marşının quraşdırılması faktı aşkar edilib.
Noyabrın 13-də qanunsuz tikinti işləri dayandırılaraq sökülüb və müvafiq tədbirlər görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib. Bununla belə noyabrın 26-da Baş İdarə tərəfindən əraziyə təkrar baxış zamanı yenidən həmin mənzildə qanunsuz quraşdırılma faktı aşkar edilmiş və cəhdin qarşısı alınaraq, söküntüsü təmin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












