Paytaxtda qardaş bacısına görə cinayət törətdi - VİDEO

Bakıda dəhşətli cinayət hadisəsi qeydə alınıb. Qardaş öz bacısını iş yoldaşı olan sevgilisi ilə birlikdə görərək avtomobili onların üzərinə sürüb. Nəticədə bir gənc hadisə yerindəcə həyatını itirib. Hadisəyə səbəb olan ilkin mübahisənin təfərrüatı məlum olub. Məlumata görə, valideynlərini itirən Xəyal və Nəzakət adlı (adlar şərtidir) bacı və qardaş birlikdə yaşayırdılar. Mebel mağazasında çalışan Nəzakətin həmin mağazanın əməkdaşı Mehdi ilə (ad şərtidir) münasibətləri olub. Bildirilir ki, Xəyal bacısının Mehdi ilə yazışdığını aşkar etdikdən sonra aralarında mübahisə yaranıb. Nəzakət hər hansı bir xoşagəlməz addım atmadığını bildirsə də, hadisədən bir gün sonra Xəyalın bacısına "hər şey adət-ənənəyə uyğun olmalıdır" deməsi ilə gərginlik davam edib. Cinayət hadisəsi Nəzakətin və Mehdinin iş vaxtları bitdikdən sonra baş verib. Xəyal avtomobillə müştərini ünvana çatdırıb geri qayıdarkən, bacısı Nəzakəti və Mehdini yol kənarında birlikdə addımlayarkən görüb. Bu mənzərəni görən Xəyal avtomobili qəsdən onların üzərinə sürüb. Zərbə nəticəsində Mehdi hadisə yerindəcə ölüb, Nəzakəti isə xilas etmək mümkün olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb və hadisəni törədən şəxs saxlanılıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












