![Gəncədə zəncirvari qəza - Xəsarət alanlar var](/upload/news/small/2075160.jpeg)
Paytaxtın Ziya Bünyadov prospektində hərbi sursat aşkarlanıb - FOTO - VİDEO
![Paytaxtın Ziya Bünyadov prospektində hərbi sursat aşkarlanıb - FOTO - VİDEO](/upload/news/331093.jpg)
Bakı şəhərinin Binəqədi rayonu, Ziya Bünyadov prospektində hərbi sursat aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd “RQD-5” əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.