Pensiya düzəltmək istədi dələduzluğun qurbanı oldu

Dövlət şirkətlərinin birində titkinti-quraşdırma bölməsinin rəisi vəzifəsində işləyən B.Q. dələduzluğa məruz qalıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, o, təqaüd məsələsini həll etmək istəyərkən tora düşüb. Əvvəldən tanıdığı Rəmzi adlı şəxs ona bu işdə yardım edəcəyini deyib. Təbii ki, yardım təmənnasız olmayıb. B.Q. Rəmziyə pensiya işini həll etmək üçün hissə-hissə 14 300 manat pul verib. Lakin qarşı tərəf vədini yerinə yetirməyib. B.Q. hüquq-mühafizə orqanlarına müraciət edib. Rəmzi saxlanılıb və daha sonra Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Rəmzi məhkəmə prosesi zamanı özünü verilmiş ittihamla təqsirli sayıb. Həmçinin məlum olub ki, B.Q.-ya dəymiş ziyan ödənilib və tərəflər barışıq əldə edib. Buna baxmayaraq məhkəmə Rəmzi 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












