Peruda nəqliyyat sektoruna qarşı mafiya terroru: 72 sürücü öldürüldü

Peruda sürücülər mafiya tərəfindən edilən hədə-qorxu və pul tələblərinə etiraz olaraq bütün ölkəboyu tətil keçirməyi planlaşdırırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə sözügedən respublikanın Milli və Beynəlxalq Nəqliyyat İşçiləri Assosiasiyasının (Asotrani) rəhbəri Ernan Mendieta məlumat verib.
O bildirib ki, aksiyanın bu ay baş tutması ehtimalı var:
"Çünki vəziyyət artıq bu cür davam edə bilməz. Lakin bunun üçün "Asotrani" öz addımlarını digər həmkarlar ittifaqları ilə razılaşdırmalıdır".
Məlumata görə, ilin əvvəlindən bəri mafiya ictimai nəqliyyat şirkətlərindən pul tələb edərkən ən azı 72 sürücünü qətlə yetirib. İlkin ödəniş kimi cinayətkar qruplaşma üzvləri 30 min sol (təxminən 15 309 manat), eləcə də hər həftə 5 min sol (təxminən 2 552 manat) məbləğində xərac tələb edirlər. Şərtlər yerinə yetirilmədikdə, motosikletli cinayətkarlar xəbərdarlıq etmədən sürücülərə hücum çəkirlər. Dəstə üzvləri birbaşa marşrut xəttində və ya nəqliyyat vasitələrinin dayandığı yerlərdə odlu silah və partlayıcılardan istifadə edirlər.
Bildirilir ki, iş zamanı daim hücuma məruz qalmaq qorxusu bəzi daşıyıcıları odlu silah gəzdirmək üçün lisenziya almağa vadar edib. Bundan əlavə, bu sahədə kütləvi işdən çıxma halları qeydə alınır və marşrutlarda avtobuslara edilən hücumlar tez-tez nəqliyyat vasitələrinin aşması ilə nəticələnir.
Təxminən bir ay əvvəl Peruda hakimiyyətə gələn yeni hökumətin bu barədə hələlik konkret fəaliyyət planı yoxdur.
Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş - FOTO
Etibarnamə ilə maşın aldı, başına iş gəldi
Partlayan təkər 2 nəfəri öldürdü
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO











