Pivə bakalını qadının başına vurdu - HƏBS EDİLDİ

Yasamal rayonundakı "Kral" çay evində qadının başına pivə bakalı vuran şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə sözügedən çay evinin ikinci mərtəbəsində keçirilən kiçik toy məclisində baş verib.
Belə ki, 1984-cü il avqustun 2-də Bakı şəhərində anadan olmuş Elvin Ağali oğlu əvvəldən tanıdığı S.O. adlı qadını sözügedən toy mərasimində görüb.
Təqsirləndirilən şəxs xanımı qolundan tutub özünə tərəf dartaraq qucaqlamaq istəyərkən S.O. onu özündən kənara itələyib.
Zərərçəkmişin bu hərəkəti dostlarının yanında olduğuna görə Elvinə pis təsir edib.
Ona görə əsəbiləşərək stoldan götürdüyü pivə bakalını S.O.-nun başına vurub.
Elvin məhkəmədə ifadəsində S.O. ilə 4 il müddətində sevgili münasibətində olduğunu deyib. Qadın isə Elvinin yalan danışdığını, hadisə günü pivə bakalı ilə onun başının arxa hissəsinə vurduğunu və yerə yıxıldıqdan sonra bədəninin müxtəlif hissələrinə təpiklə vurduğunu deyib.
Məhkəmənin qərarı ilə Elvin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu










