Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO

Paytaxtın Babək prospektində yol hərəkəti qaydalarını pozan piyadalar kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 25-də axşam saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, bir qrup piyada yolu müəyyən olunmayan yerdən keçib. Onlar hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan yola çıxaraq yaxınlaşan motosiklet üçün qəza təhlükəsi yaradıblar.
Təhlükəni görən motosiklet sürücüsü siqnal verərək piyadalara xəbərdarlıq edib. Daha sonra geri dönərək onların bu hərəkətinə iradını bildirib. Lakin piyadalardan biri əl hərəkəti ilə sürücüyə əhəmiyyət vermədiyini nümayiş etdirərək törətdiyi qayda pozuntusuna haqq qazandırmağa çalışıb.
Xatırladaq ki, piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən, keçid olmadıqda isə yolun təhlükəsizliyinə əmin olduqdan sonra keçməlidirlər. Hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq isə həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatını real təhlükə qarşısında qoyur. Bu cür məsuliyyətsiz davranış ağır qəza ilə nəticələnə bilər.
Nərmin
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












