Piyadanı öldürən sürücü HADİSƏ YERİNDƏN QAÇDI

Hadisə 3 İyul 2024 11:53 Oxunub 222
Piyadanı öldürən sürücü HADİSƏ YERİNDƏN QAÇDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Sadiq Abdullayev Zirə qəsəbəsində hərəkətdə olarkən piyada keçidi olmayan yolu keçən Çimnaz Məmmədovanı vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh