Polis bələdiyyə sədrinin ailə münaqişəsi zəminində bıçaqlandığını ehtimal edir

Almaniyanın Herdeke şəhərinin yeni seçilmiş bələdiyyə sədri İris Ştaltserin bıçaqlanması ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Avtosfer.az “AZƏRTAC”a istinadla bildirir ki, istintaq orqanları hadisənin ailə zəminində baş verdiyini güman edir. İstintaq bununla bağlı bələdiyyə sədrinin qəyyumluğa götürülmüş oğlunu diqqət mərkəzində saxlayır. On üç bıçaq xəsarəti almış 57 yaşlı siyasətçinin vəziyyətinin sabitləşdiyi, lakin stasionar müalicəsinin davam etdirilməli olduğu bildirilir.
Polis sözçüsü hadisənin İris Ştaltserin yaşadığı evdə baş verdiyinə dair ilkin məlumatların olduğunu qeyd edib. Həmçinin onun evində əvvəllər də bir sıra hallarla bağlı polis müdaxilələrinin olduğu bildirilib.
Hazırda onun qəyyumluğa götürülmüş övladlarının polis nəzarətində dindirildiyi, oğlunun psixoloji problemləri olduğu vurğulanır. Onun barəsində məhkəmə qərarının sabah qəbul olunması nəzərdə tutulub.
Günorta saatlarında baş verən hadisəyə Almaniya Kansleri Fridrix Merts dərhal münasibət bildirib. Kansler X platformasında paylaşımında Ştaltserin həyatı üçün narahatlığını ifadə edib, hücumun qısa vaxtda aydınlaşdırılmalı olduğunu diqqətə çatdırıb.
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












