Polis çətənə kolları yetişdirən şəxsləri saxlayıb - FOTO + VİDEO

Hadisə 8 İyul 2024 18:54 Oxunub 228
Polis çətənə kolları yetişdirən şəxsləri saxlayıb - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiya ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh