Polis əməkdaşına bıçaqla hücum edən şəxs zərərsizləşdirilib

Almaniyanın Baden-Vürtemberq əyalətinin Vangen qəsəbəsində polis əməkdaşına bıçaqla hücum edərək ona xəsarət yetirən şəxs güllələnərək zərərsizləşdirilib. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, hadisə sığınacaq axtaran şəxs qismində ölkədə olan və barəsində azadlıqdan məhrumetmə hökmü çıxarılmış 27 yaşlı əfqan gəncin saxlanılması zamanı baş verib. Polis onun yaşadığı ünvana yaxınlaşarkən, həmin şəxs qəfildən bıçaqla hücum edib. Hücum nəticəsində bir polis əməkdaşı ağır xəsarətlər alıb.
Polis hücumun qarşısını almaq üçün həmin şəxsə bir neçə dəfə atəş açıb. Ona təcili tibbi yardım göstərilməsinə baxmayaraq, hadisə yerində ölüb.
Baden-Vürtemberq əyalətinin daxili işlər naziri Tomas Strobl polis əməkdaşlarına qarşı hücumu qətiyyətlə pisləyərək deyib:
“Kim polisə bıçaqla hücum edirsə, öz həyatını təhlükəyə atır”.
Almaniya Polis İttifaqının məlumatına əsasən, 2025-ci ildə təkcə Baden-Vürtemberq əyalətində polis tərəfindən odlu silahdan istifadə halı yeddi dəfə baş verib.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












