Polis əməkdaşları etiraz aksiyasına başladı

Çexiyada polis əməkdaşları maaşlarının artırılması tələbi ilə etiraz aksiyasına başlayıblar. Onlar bir həftə ərzində kiçik qanun pozuntularına görə cərimə yazmayacaqlar.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, etiraz aksiyası noyabrın 4-dən 8-dək davam edəcək. Hazırda polis parklanma qaydalarının cüzi şəkildə pozulmasına, təhlükəsizlik kəmərlərinin bağlanmamasına və bir sıra digər qayda pozuntularına görə sürücüləri cərimələməkdən vaz keçir. Sürət həddini aşmaq, işıqforun qırmızı işığında yolayrıcını keçmək, sükan arxasında mobil telefondan istifadə etmək və ictimai təhlükəlilik dərəcəsi baxımından analoji hallara görə cərimə yazılması isə davam etdiriləcək.
Aksiyaya qoşulmaq niyyətində olan polis əməkdaşlarının sayı barədə məlumat verilmir. Portal etiraz aksiyasının təşkilatçılarından birinə istinadla bildirib ki, “ilk növbədə maaşın aşağı olmasından narazı qalan bir çox polis əməkdaşı aksiyaya qoşulacaq”.
Çexiyanın hakimiyyət orqanları vəziyyəti yoluna qoymaq və 2025-ci ildə polislərin maaşlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












