Polis ƏMƏLİYYAT KEÇİRDİ: Odlu silahlar və narkotik maddələr aşkarlandı - FOTO

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunda Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini Nuri Əhədov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı çəkisi 50 qrama yaxın olan marixuana, yaşadığı evdən isə 1 ədəd avtomat, 1 ədəd daraq və 11 ədəd patron aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən ilin əvvəlindən bugünə qədər olan müddət ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı isə ümumilikdə 15 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın olan müxtəlif növ narkotik vasitələr - heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, müvafiq dövr ərzində rayon ərazisində 6 oğurluq faktını törətməkdə şübhəli bilinən 3 nəfər də müəyyən edilərək istintaqa cəlb olunub.
Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1-i yivli olmaqla 55 ədəd odlu silah da polis əməkdaşları tərəfindən təhvil götürülüb.
Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI












