Altmış manata əl enerjisi ilə “müalicə” edən özbək “həkim” həbs edildi - VİDEO

Hadisə 11 Mart 2026 21:40
Altmış manata əl enerjisi ilə “müalicə” edən özbək “həkim” həbs edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a məlumatı təsdiqləyiblər.

Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb

***

Bakıda bu günlərdə “Bİ ES VİP” estetik klinikasında izdihamlı anlar yaşanıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntüləri “Qaynarinfo” yayıb. Məlumata görə, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.  O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib. Bir xəstəni 60 manata müalicə edən İqbol Soliyevin qəbuluna çox sayda xəstənin gəldiyi bildirilir. Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, ikigünlük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb. Məlumata görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib. 

Oxunub : 152
ŞƏRH YAZ
Ad

E-mail

Şərh