Polis idarəsinin binasına hücum edildi: yaralılar var - VİDEO

Hadisə 24 Mart 2024 18:20 Oxunub 458
Polis idarəsinin binasına hücum edildi:  yaralılar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İrəvanın Nor Nork rayonunda polis idarəsinin binası yaxınlığında iki nəfər qumbara partlatmaqla hədələyib, binanın həyətində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.

Məlumata görə, idarə binasının yaxınlığında toplaşan, əsasən, “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olan bir qrup vətəndaş təmsil etdikləri təşkilatın üzvlərinin həbsdən azad edilməsini tələb ediblər.

Binaya çoxlu sayda polisin gəldiyi qeyd edilir.

Sputnik Armenia isə xəbər verir ki, İrəvanda silahlı şəxslər polis idarəsinin binasına soxulublar.

İlkin məlumatlara görə, binanın yaxınlığında qumbara partlayıb və yaralılar var.

Bu qrupun daha üç nümayəndəsinin idarənin içərisində olduğu deyilir.

Polis binasına xüsusi təyinatlılar və qırmızı beretlər yerləşdiriləcək.

Qeyd edək ki, Dünən polis bu təşkilatdan 69 nəfəri saxlayıb.

Təşkilatın liderlərindən biri də son vaxtlara qədər Nikol Paşinyan hökumətinin hərəkətlərini tam dəstəkləyən Hrant Ter-Abrahamyandır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh