Polis iki evi qarət edən cinayətkarı belə yaxaladı; haqqında 6 cinayət işi açıldı - VİDEO
Hadisə 5 Avqust 2022 15:49 Oxunub 2576
Polis iki evi qarət edən cinayətkarı belə yaxaladı; haqqında 6 cinayət işi açıldı  - VİDEO

Riverside polisi cinayətkarın yaxalanma görüntülərini paylaşıb. Avtosfer.az xəbər verir ki, polis üç evi qarət edib işçilərə aid Amazon yük maşınını oğurlayan cinayətkarın izinə düşüb. O, polis təqibindən yaxa qurtarmaq üçün maneələri aşaraq, yolun digər tərəfinə keçib. Yolda iki dəfə qəza törədən oğru yük maşınını pərt etdikdən sonra, maşından düşərək qaçmağa başlayıb. O divara dırmaşaraq qaçmağa çalışsa da, buna nail ola bilməyib. İlkin araşdırılma nəticəsində cinayətkar adam öldürməyə cəhd, quldurluq, avtomobil qaçırma, ölümcül silahla hücüm, narkotik maddənin təsiri altında avtomobil idarə etmək və polisdən yayınma ittihamıyla mühakimə edilib və haqqında  həbs qətimkan tədbiri seçilib.
Polis tərəfindən verilən digər informasiyaya görə qəzalar və ev işğalları zamanı xəsarət alan olmayıb.
Həmin videonu təqdim edirik.

Yunis İsrafilov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh