Polis mağarada rus qadını və onun 2 qızını tapıb

Hindistan polisi Karnataka ştatında meşədəki mağarada ətraf aləmdən təcrid olunmuş vəziyyətdə qalan rus qadını və onun 2 azyaşlı qızını aşkarlayıb.
Avtosfer.az yerli mediaya istinadla xəbər verir ki, onlar polisin Uttara Kannada rayonunun Qokarna qəsəbəsində dağ-meşəlik ərazidə patrul xidməti zamanı tapılıb. Məlum olub ki, Rusiya vətəndaşı Nina Kutina bir neçə il əvvəl biznes vizası ilə Hindistana gəlib. Hinduizm və hind ənənələrinə maraq göstərən qadın 6 və 4 yaşında olan övladları ilə birlikdə Qokarna qəsəbəsinə gələrək, ibadət məqsədilə meşədəki mağarada məskunlaşıb.
Yerli polisinin açıqlamasında deyilir ki, qadın və övladlarının təcrid olunmuş vəziyyətdə, ərzaq və su ehtiyatı məhdud şəraitdə, vəhşi təbiətdə sağ qalmaları təəccüb doğurur.
Nina Kutina polislərin pasport və viza statusu ilə bağlı suallarına cavab verməkdən yayınsa da, araşdırma zamanı müəyyən olub ki, rusiyalı qadının vizası 2018-ci ildə başa çatıb. Onun sonrakı müddətdə Hindistanda qanunsuz yaşamasının səbəbləri araşdırılır. Müvəqqəti sığınacağa yerləşdirilən qadının və övladlarının deportasiyası üçün müvafiq proses icra olunur.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












