Polis mühəndisi qətlə yetirən şəxsləri zərərsizləşdirib

Bazar ertəsi, iyulun 28-də Pakistan rəsmiləri bildiriblər ki, 2024-cü ilin noyabrında çinli mühəndislərə hücumun təşkilatçısı da daxil olmaqla, üç terrorçu Kəraçinin Manqopir bölgəsində keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.
Avtosfer.az Pakistanın “Daun” qəzetinə istinadla xəbər verir ki, keçən il noyabrın 5-də iki Çin vətəndaşı Kəraçidə bir tekstil fabrikində özəl mühafizəçi və digər şəxs tərəfindən güllələnib və yaralanıb. O zaman müstəntiqlər bunun məqsədyönlü hücum olduğundan şübhələnirdilər.
İnsidentdən sonra Pakistan Xarici İşlər Nazirliyi terror aktının araşdırıldığını bildirərək, hökumətin ölkədəki Çin vətəndaşlarının, layihələrinin və qurumlarının təhlükəsizliyi ilə bağlı zəmanətə sadiq olduğunu bildirib. Hadisədən sonra qaçan mühafizəçinin yeri müəyyən edilib. Pakistan DİN-in Terrorla Mübarizə Departamentinin baş müfəttişi Azad Xan bildirib ki, keçən ilin noyabrında Çin mühəndislərinə hücumu təşkil edən terrorçular Kəraçinin Manqopir bölgəsində keçirilən əməliyyat zamanı öldürülüb.
Qəzet yazır ki, əvvəllər də - 2022 və 2024-cü illərdə terrorçu qruplaşma Çin vətəndaşlarını hədəf alıb.
Çin vətəndaşlarına qarşı zorakılığın artması Pekinin təhlükəsizliklə əlaqədar narahatlığını, xüsusən də Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) layihələrində irəliləyişlə bağlı bədbinliyi artırıb. Rəsmi İslamabad bununla bağlı polisə daha fəal antiterror tədbirləri həyata keçirməyi tapşırıb.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












