Polis qəza nəticəsində xəsarət alan vətəndaşın işinə baxmır? - DİN-dən AÇIQLAMA - VİDEO

Hadisə 19 Avqust 2024 17:50 Oxunub 198
Polis qəza nəticəsində xəsarət alan vətəndaşın işinə baxmır? - DİN-dən AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnternet televiziyalarının birində çıxış edən vətəndaş Zabit Əhliyarlı xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmadan narazı olduğunu deyib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Avtosfer.az-a bildirib ki, vətəndaşın səsləndirdiyi iddialar əsassızdır.

Belə ki, avqustun 5-də paytaxtın Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfərin xəsarət alması barədə ərazi üzrə polis orqanına məlumat daxil olub.

Məlumat əsasında təhqiqat araşdırması başlanılıb.

Araşdırmalar müəyyən edilib ki, vətəndaş Zabit Əhliyarlı idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarında saxlamış "Dodge" markalı avtomobilə vurub və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sürücünün xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Araşdırma davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh