Polis Sabunçuda narkoplantasiya AŞKARLADI - FOTO - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb. Ondan 2 kiloqram narkotik vasitə marixuana aşkar olunub.
Avtosfer.az xəbər verir ki, əməliyyat tədbilərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən isə 1 kiloqram marixuana aşkarlanıb.
K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onun marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanıması təmin edilib. Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb. Araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyən edilib.
Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam etdirilir.
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO












