Banner

Polis “saxla” əmrinə tabe olmayan motosikletlini vurub öldürdü – 25 il cəza aldı - VİDEO

Hadisə 20 Dekabr 2024 19:30 Oxunub 860
Polis “saxla” əmrinə tabe olmayan motosikletlini vurub öldürdü – 25 il cəza aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Kocaeli şəhərində “saxla” xəbərdarlığına tabe olmayan və nömrəsiz motosikleti ilə qaçdığı iddia edilən şəxsi güllələyib öldürən polis məmuru hakim qarşısına çıxıb.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 12-də Qebze rayonu Memar Sinan küçəsində baş verib.

Belə ki, 21 yaşlı Kərəm Uzun nömrəsiz motosikleti ilə hərəkətdə olarkən polisin “saxla” xəbərdarlığına tabe olmayıb. Motosikleti ilə qaçmağa çalışan Uzuna polis məmuru İbrahim Sərt (29) tərəfindən tabel silahı ilə atəş açılıb.  Xəstəxanaya aparılan Uzun bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Hadisəni törədən polis məmuru həbs olunub.

Hakim qarşısına çıxarılan İ.Sərt, "qəsdən adam öldürmə" maddəsi ilə təqsirli bilinib və 25 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh