Polisdən əməliyyat: 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Avtosfer.az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “Xbet” və “MostBet” platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub. Həmin şəxslər “Telegram” platformasında yaratdıqları “AzeCash” səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər. Təqsirləndirilən şəxslər paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürərək həmin ünvanda işçilər yerləşdirib, onları qanunsuz fəaliyyət üçün zəruri olan texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin ediblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsi yaratmaqda şübhəli bilinən dəstənin digər üzvləri – Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədovun da saxlanılmaları təmin edilib.
İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri “Xbet” və “MostBet” platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zaur və Fuad Nərimanovlara, eləcə də digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onlar barəsində həbs, həmçinin digər növdən olan qətimkan tədbirləri seçilib.
“Vətəndaşlara bir daha müraciət edərək sosial şəbəkələrdə və internet platformalarında təklif olunan “Xbet”, “MostBet” və digər qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Nəzərə alınmalıdır ki, bu cür oyunların qanunsuz təşkili, idarə olunması, eləcə də həmin fəaliyyətlərdə iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yaradır”, - KMBİ-nin məlumatında vurğulanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












