Polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi

Rusiyada polisə rüşvət verməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Cavidan Həsənov hakim qarşısına çıxarılıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə 2019-cu ildə Sankt-Peterburq şəhərində baş verib. Azərbaycan vətəndaşı olan Cavidan Həsənov Sankt-Peterburq şəhərinə atasının yanına gedib və orada kafedə ofisiant işləyib. Bir müddət sonra o, atasının yanından çıxaraq Rafiq adlı azərbaycanlının kafesində işləməyə başlayıb. Bir neçə gündən sonra Cavidan kafe sahibinin avtomobili ilə şəhərdə gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Həsənovun sənədləri saxtadır. O, Sakt-Peterburq şəhəri, Puşkin Rayon Polis İdarəsinə dəvət edilib və barəsində protokol tərtib edilib. C.Həsənov polis şöbəsinin təhqiqatçısına 15 min rubl təklif edərək sərbəst buraxılmasını istəyib. Lakin o, polisə rüşvət verə bilməyib. Nəticədə polis şöbəsində onun barəsində rüşvətvermə maddəsi ilə cinayət işi başlanıb. C.Həsənov Azərbaycana gəlsə də, onun barəsində cinayət təqibi davam etdirilib və iş Azərbaycana göndərilib. İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb və hökm elan olunub.Məhkəmənin hökmü ilə C.Həsənov 8 min manat cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












