Polisi dişləyən sürücünün sonu - VİDEO

Kiyevdə axtarışda olan sürücü polisin qolunu dişləyib.
Avtosfer.az "Lent.az"a istinadla bildirir ki, yayılan kadrlarda patrul əməkdaşlarının BMW sürücüsünün hərbi qeydiyyat sənədlərini yoxlamağa çalışdıqları görünür. Lakin sürücü Ali Məhkəmənin qərarına" istinad edərək, buna qəti şəkildə etirazını bildirir və vəkilinə zəng etməyə icazə istəyir. Polis əməkdaşı isə ona zəngi maşından çıxdıqdan sonra etməyi təklif edir. Müfəttişlərdən biri avtomobilin qapısını içəridən açmağa çalışarkən qarşıdurma başlayır. Sürücü patrul polisinin əlini dişləyir, polis isə buna cavab olaraq onun saçından tutur.
Kiyev Patrul Polisi hadisənin əslində iyunun 25-də paytaxtın Darnitsa rayonunda baş verdiyini bildirib. Rəsmi məlumata görə, sürücü yol hərəkəti qaydalarını pozaraq qırmızı işıqda keçib, həmçinin onun BMW markalı avtomobilinin dövlət nömrə nişanı qismən örtülü olub.
Yoxlama zamanı məlum olub ki, kişi Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən hərbi xidmətdən yayınma ittihamı ilə Hərbi Qeydiyyat və Çağırış İdarəsi tərəfindən axtarışdadır.
“Onun axtarışda olduğu bildirildikdən sonra vətəndaş aqressiv davranmağa başlayıb, nalayiq ifadələr işlədib və fiziki müqavimət göstərib, o cümlədən inspektoru dişləyib”, – deyə polis açıqlama verib.
Hüquq-mühafizə orqanları həmin şəxsə qarşı fiziki güc tətbiq edərək onu saxlayıblar. Saxlanılan şəxs barəsində inzibati materiallar tərtib olunub, o cümlədən:
– saxlanılma protokolu;
– Ukrayna İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsi üzrə protokol (polis əməkdaşına qəsdən tabe olmamaq);
– Məcəllənin 121-3-cü maddəsinin 1-ci hissəsi üzrə qərar (nömrə nişanının örtülü olması).
Bundan sonra sürücü Darnitsa Rayon Hərbi Qeydiyyat və Çağırış Mərkəzinə (hərbi komissarlığa) təhvil verilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












