Polisin saxladığı maşının salonundan və motorxanasından iki avtomat çıxdı - VİDEO

Polis tərəfindən saxlanılan avtomobilin salonundan və motorxanasından iki ədəd “Kalaşnikov” avtomatı götürülüb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib.
Belə ki, motosikletli polis qrupları Yenişehir mahalında patrul xidməti zamanı şübhəli bir avtomobili saxlayıb. Asayiş keşikçiləri əvvəlcə avtomobildə olan şəxsləri nəzarətə götürərək maşından düşürüblər. Onların üzərinə baxış zamanı heç bir qeyri-qanuni əşya tapa bilməyən polis əməkdaşları şəxslərin narahat davranışından şübhələnib.
Polislər axtarışı bu dəfə avtomobildə ediblər. Maşının salonuna və motorxana hissəsinə baxış zamanı oradan 2 ədəd “AK-47” “Kalaşnikov” avtomat, onlar üçün 4 ədəd maqazin və 300 ədəd 7,62x39 çaplı patron götürüblər.
İki şübhəli polis bölməsinə aparılıblar. Barələrində toplanmış materiallar məhkəməyə göndərilib. Hakimin qərarı ilə şübhəlilərdən biri həbs edilib, digəri isə şərti olaraq sərbəst buraxılıb.
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













