Polislərə atəş açıldı - Xəsarət alanlar var

Türkiyənin Uşak vilayətində polislərə atəş açılıb, hadisə yerindən qaçan şəxs keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə barədə daxil olan məlumat əsasında əraziyə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Atışma zamanı xəsarət alan polislər xəstəxanaya yerləşdiriliblər.
İlkin araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin 40 yaşlı E.R. olduğu müəyyən edilib.
Axtarış tədbirlərinə dronlar da cəlb olunub. Dron vasitəsilə aparılan müşahidələr nəticəsində şübhəlinin rayon mərkəzində yerləşən tərk edilmiş binada gizləndiyi aşkarlanıb. Əraziyə yaxınlaşan polis əməkdaşlarına şübhəlinin yenidən atəş açması səbəbindən hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri göndərilib.
Təxminən 3 saat davam edən əməliyyat və aparılan danışıqlar nəticəsində E.R. təslim olmağa razılaşıb. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












