Polislərə hücum edən əcnəbinin barəsində ölüm hökmü çıxarıla bilər

Bu gün Moskvada polislərə bıçaqla hücum edən xarici ölkə vətəndaşının məhkəməsi keçirilir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, onun barəsində 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə cəzaları çıxarıla bilər, eləcə də ölüm hökmünə məhkum edilə bilər. Verilən məlumata görə, saxlanılan şəxs bu gün Daxili İşlər Nazirliyinə məxsus avtomobillərə iki ədəd alışdırıcı qarışıq olan butulka atıb. Hadisə Şelyakov şossesindəki yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. Polis əməkdaşları onun hərəkətlərinin qarşısını almaq üçün hadisə yerinə gəldikdə, həmin şəxs onlara bıçaqla hücum edib. Bildirilir ki, hüquq-mühafizə orqanı əməkdaşlarının həyatına qəsd faktı üzrə cinayət işi başlanıb. Hücum edən şəxs zərərsizləşdirilərək saxlanılıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












