Polislərin üstünə qışqıran sürücü arvadının yanında güllələndi - VİDEO

Polis əməkdaşlarına müqavimət göstərən sürücü güllələnib. Avtosfer.az xəbər verir ki, Tatarıstanda baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Gecə saatlarına Stolbişçe kəndində patrul əməkdaşları məbəd yaxınlığında dayanmış avtomobilə yaxınlaşıblar. Onlar sükan arxasında olan şəxsin sərxoş olduğundan şübhələniblər. Polis əməkdaşları sürücünü tibbi müayinəyə getməyə dəvət ediblər. Lakin o, hirslənərək söyüş söyməyə başlayıb.
Bundan sonra asayiş keşikçiləri sürücünü saxlamağa çalışıblar, lakin o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edərək qışqırıb. Bundan başqa, polis əməkdaşlarından biri onların işinə mane olmaq istəyən sürücünün həyat yoldaşını itələyib və qadın yerə yıxılıb, bu səbəbdən kişi daha da bərkdən qışqırmağa başlayıb. Sonra polislərdən biri silahdan istifadə edərək sürücünün ayağına bir neçə dəfə atəş açıb. Nəticədə polislər ayağından xəsarət alan sürücünü saxlayıblar. O, polislərin nəzarəti altında hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










