Prezidentin helikopterinə nə oldu: təxribat, sui-qəsd, yoxsa qəza...

Hadisə 20 May 2024 14:50 Oxunub 260
Prezidentin helikopterinə nə oldu: təxribat, sui-qəsd, yoxsa qəza...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olmaqla rəsmi şəxslərin ölümü ilə nəticələnmişhelikopter qəzası dünya müdiasında müxtəlif aspektlərdən şərh olunur.

Qəzanın hava şəraiti səbəbindən baş verdiyi, yoxsa hansısa təxribatla əlaqədar olduğuna dair versiyalara cavab axtarılır. Təxribat versiyasını ortaya atanlar bu zaman həm xarici, həm də daxili güclərdən bəhs edirlər. Yəni Rəisinin helikopterinə xaricdən müdaxilə olunması versiyası ilə yanaşı, daxildən – İrandan da bunun mümkünlüyü istisna edilmir. Çünki Rəisi həm da Xameneidən sonra İranda ali rəhbər vəzifəsinə əsas namizədlərdən sayılırdı.

Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib ki, məlum qəza ilə bağlı fərqli ittihamlar hələ uzun müddət səsləndirləcək.

““Helikopter qəzasına hava şəraiti səbəb olub” deyilsə də, komplo teorilərindən qurtulmaq mümkün olmayacaq, çünki insanlar adətən maraqlı versiyalara inanmağa həvəslidirlər. Yaxın və uzaq tarixdə təyyarə və helikopter qəzaslarında həlak olan dövlət liderləri və tanınmış siyasətçilər olub. İndiyə qədər onların ölümlərinin təsadüf olduğunu söyləyənlər və araşdıranlar var. ABŞ-ın keçmiş prezidenti Con Kennedi 1963-cü ildə Texasda nəqliyyat vasitəsilə növbəti görüşə gedərkən snayper atəşi ilə qətlə yetirildi. Üstündən 60 il keçib, Con Kennedinin ölümünə böyük qüvvələrin qərar verdiyi müzakirələri bugünər qədər tükənmək bilmir. İndi İbrahim Rəisinin həlak olması ətrafında illər boyu müzakirələr səngimək bilməyəcək”.


Siyasi təhlilçi Asif Nərimanlı deyib ki, İbrahim Rəisinin həlak olması cari dövrdə baş vermiş qəzaya görə məsuliyyətin kimin üzərinə qoyulmasını əsas məsələyə çevirəcək.

Ekspertin fikrincə, bu kontekstdə İranın iki seçimi var:

“- ya qəzanın qeyri-peşəkarlığa görə baş verdiyini elan edəcəklər və bu halda prezidentin təhlükəsizlik xidmətindən tutmuş yüksək rütbəli hərbçilərin cəzalandırılması zərurəti yaranır, hətta səbəb “hava şəraiti” olsa belə, bunun məsuliyyətini kimlərsə daşımalıdır;

- ya da da daxili sistemdə kimlərisə qorumaq üçün məsələni “kənar qüvvələrə” bağlaya bilərlər: bu, həm də “xarici düşmən” ətrafında daxili həmrəylik yaradılması üçün sərfəlidir, lakin riskli gedişdir, çünki məsələ konsulluq binasının vurulması, yaxud generalın öldürülməsi deyil; qəzada prezident həlak olub və burada “kənar müdaxilə” axtarışı İranı müharibəyə başlamaq məcburiyyətində buraxa bilər.

Bu baxımdan, İran elitası dilemma qarşısında qala bilər. İran mediasında isə bəzi ekspertlərin “kənar qüvvə” axtarışına dair təhlükəli fikirləri yayılır. Onların özfəaliyyəti kimi görünən bu yanaşma İranın “nəbz yoxlaması” da ola bilər. Mümkündür ki, İran rəhbərliyi qəzanın hansı formada təqdim edilməsi üzərində düşünür. Çünki İran prezidentinin ölümü bu ölkənin daxilində, həm də bütün regionda siyasi tarazlıqlara təsir edəcək”.



Siyasi şərhçi Aqşin Kərimli düşünür ki, helikopterin qəzaya düşməsinin detalları “qara qutu” açıldıqdan sonra bəlli olacaq.

“Məsələ burasındadır ki, “qara qutu”da yazılanlar olduğu kimi ictimaiyyətə açıqlanacaq ya yox - ən yüksək versiya budur ki, nəticə olaraq qəzanın hava şəraiti səbəbilə baş verdiyi rəsmi məlumat kimi tirajlanacaq.

Həqiqətən də, helikopter uçan ərazilərin relyefini göstərən video və fotolara nəzər saldıqda, üstəlik qatı dumanı gördükdə, qəzanın texniki səbəblərdən olduğu göz önündə canlanır.

Bununla belə, başqa versiyaların da kənar qoyulması düzgün olmazdı, çünki bir sıra sual mövcuddur ki, buna cavab tapılmalıdır.

Birinci sual: Hadisə sui-qəsddirmi?

İkinci sual budur ki, sui-qəsddirsə, İranın daxilindən həyata keçirilib yoxsa kənar müdaxilələrlə? Daxili atmosfer ona görə aktualdır ki, Rəisi Xameneidən sonra ali rəhbər vəzifəsində təmsil oluna bilərdi.

Üçüncü sual daha geniş geosiyasi mənzərədə səslənir: Görəsən, İranın Rusiya-Çin-Şimali Koreya oxundakı həlledici rol qazanmaq səyləri kimə sərf etmirdi?

Dördüncü sual, İranın Azərbaycanla gərgin münasibətləri soyudaraq konstruktiv əməkdaşlıq rejiminə keçidi, iki ölkənin Rusiyanın da iştirak etdiyi “Şimal-Cənub” Nəqliyyat Dəhlizindəki rolları hansı dairələrə sərf etmirdi?

Hər halda, nəticə olaraq düşünürəm ki, Rəisi ali lider vəzifəsinə potensial namizəd olduğundan, onun ölümü daxildə Seyid Əli Xameneinin varisi məsələsinə ciddi təsir göstərəcək.

Ancaq Rəisinin ölümündən sonra İranın hazırkı xarici siyasətinin dəyişikliyə məruz qalacağını düşünmürəm.

Ehtimalıma əsasən, İranın daxili siyasətində daha aqressiv meyillər post-Xamenei dövrünə hazırlıq məqsədilə sürətli şəkildə aşkara çıxacaq”.

(modern)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh