Prezidentin iqamətgahına girmək istəyən şəxs güllələndi - YENİLƏNİB

ABŞ Prezidenti Donald Trampın iqamətgahına daxil olmağa çalışan şəxs şerif müavini və təhlükəsizlik xidmətinin iki əməkdaşı ilə qarşılaşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Florida ştatının Palm-Biç dairəsinin şerifi Rik Bredşou "Fox News"a açıqlmasında danışıb.
O bildirib ki, təhlükəsizlik xidməti hücum edən şəxsə silahı yerə qoymağı əmr edib, lakin o, ov tüfəngini hüquq-mühafizə orqanlarına tuşlayıb. Nəticədə əməkdaşlar kişini zərərsizləşdirməli olublar.
Qeyd edək ki, insident yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə saat 10:30 - red.) baş verib.
***19:18
ABŞ-ın Florida ştatının Palm Biç şəhərində ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamıtgahının təhlükəsiz sərhədlərinə daxil olan şəxs güllələnərək öldürülüb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə ABŞ Məxfi Xidməti məlumat yayıb. Hadisə zamanı Prezident və ailəsi Ağ Evdə olub.
Güllələnən şəxsin adı açıqlanmayıb. Gizli Xidmətin məlumatına görə, o, ov tüfəngi və yanacaq konteneri apararkən Mar-a-Laqo iqamətgahının şimal qapısında müşahidə edilib.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO











