“Prius” sürücüsünün bu hərəkətini görən qadın yaxınlaşıb baxın nə dedi - VİDEO

Hadisə 30 Aprel 2025 13:30 Oxunub 628
“Prius” sürücüsünün bu hərəkətini görən qadın yaxınlaşıb baxın nə dedi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində sürücünün nümunəvi hərəkəti kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, bu barədə görüntü “TikTok” sosial platformasında paylaşılıb. Kadrdan da məlum olduğu kimi, 77-DR-909 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü əlindəki siqaret kötüyünü yola atmayıb.

Hadisə şahidi olan qadın sürücü maşına yaxınlaşaraq onun bu davranışını digər sürücülərə örnək addım olaraq qiymətləndirib: “Siz “Prius”u necə belə gözəl, mədəni sürürsünüz. Bütün işıqlarını yandırırsınız və siqaretin külünü çölə atmadınız”. “Prius”un sürücüsü isə “Çox sağolun. Zibili yerə tullamaq olmaz. Ona görə siqaret kötüyünü maşındakı külqabıya atıram” deyərək qadına cavab verib. Xanım sürücü isə “Əhsən sizə. Allah yolunuzu açıq eləsin” - deyə, cavab verib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh