Prodüserin 270 min manatlıq “Ferrari”si 1 saat içində külə döndü - VİDEO

Yaponiyanın paytaxtı Tokioda 33 yaşlı musiqi prodüseri Honkon təxminən 270 min manat ödəyərək aldığı “Ferrari 458 Spider” markalı lüks avtomobilindən cəmi bir saat istifadə edə bilib.
Avtosfer.az xəbər verir ki, Minato bölgəsində baş verən hadisə zamanı hərəkətdə olan avtomobil qəfildən tüstülənməyə başlayıb və qısa müddətdə alovlanıb. Ağ tüstünü görən Honkon dərhal avtomobili yolun kənarına çəkib, lakin bir neçə dəqiqə ərzində Ferrari tamamilə yanıb. Alov yanğınsöndürmə komandasının təxminən 20 dəqiqəlik müdaxiləsindən sonra söndürülüb.
Xoşbəxtlikdən nə sürücü, nə də ətrafdakı şəxslər xəsarət alıb. Hadisədən sonra sosial şəbəkədə paylaşım edən Honkon bildirib: “Avtomobilin partlayacağından qorxdum. Düşünürəm ki, Yaponiyada belə bir hadisə yaşayan yeganə insan mənəm”.
Ekspertlər bildirirlər ki, yüksək performanslı idman avtomobillərində bu cür yanğınlar əsasən mühərrik bölməsinin və ya elektrik sistemlərinin həddindən artıq qızması səbəbindən baş verir.
Qeyd edək ki, bu cür hadisələr təkcə Yaponiyada deyil, dünyanın müxtəlif yerlərində də baş verir. Bu ilin əvvəlində təxminən 290 min manat dəyərində olan yeni “Lamborghini” Londonda alovlanmış və yalnız ərazidəki bir piyadanın müdaxiləsi ilə alovun yayılması qismən qarşısı alınmışdı.
Azərbaycanda da avtomobil yanğınları artmaqdadır. Son dövrlərdə ölkədə baş verən yanğınların əksəriyyəti yüksək sürətlə hərəkət edən avtomobillərdə mühərrik və elektrik sistemlərinin qızması nəticəsində meydana gəlir. Bu cür hadisələrin qarşısını almaq üçün müvafiq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir.
Eltac Zülfüqaroğlu
Millinin üzvü sərxoş vəziyyətdə avtomobil idarə etdi - Polis saxlayıb cərimələdi - FOTO
Anasının adına açdığı hesabla qumar oynayıb 100 manat qazandı - 3 min cərimələndi
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - VİDEO
Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı; Təhlükəli anlar - VİDEO
Gecə görünməyən təhlükə: Bu yolda avtomobillər çuxurlara düşür - VİDEO
Bakıda avtobus sürücüsü küçədə döyüldü
Təmir sexi avtomobillə birlikdə yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - VİDEO
ANAMA-nın əməkdaşı iynədən şoka düşərək vəfat etdi - FOTO
Qayda pozan piyadalar qışqıraraq sürücünü günahkar çıxardılar - VİDEO
Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi - FOTO











