Prokurorluq azərbaycanlılar arasında kütləvi bıçaqlanma ilə bağlı məlumat yayıb

Gürcüstanın Baş Prokurorluğu azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsində kütləvi bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, prokurorluq faktla bağlı iki nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki və daha çox şəxsin sağlamlığına qrup halında qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsi ilə ittiham irəli sürüb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin Muşevan (Dəllər) kəndində 7 nəfərə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Təqsirləndirilən şəxslərin noyabrın 25-də saxlanıldığı qeyd olunub. Məlumata görə, iş üzrə 9 ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bildirilib ki, artıq prokurorluq saxlanılanlara qarşı həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edib.
Qeyd edək ki, hadisə noyabrın 25-də Muşevan kəndində toy mərasimində baş verib. Məlumata görə, Muşevan və Darvaz kəndlərindən olan gənclər arasında mübahisə davaya çevrilib. İnsident zamanı Dəllər kəndindən 6, Darvaz kəndindən 1 nəfər bıçaqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO












