Prokurorun adı ilə həyata keçirilən 42 000 manatlıq dələduzluq cinayəti

9 il müddətinə azadlıqdan məhrum edilmiş şəxsi apellyasiya instansiyası vasitəsilə azadlığa buraxdıracağını deyərək 42 000 manatlıq dələduzluq edən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Mirmehdi adlı şəxs 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İş materiallarınada qeyd edilir ki, təqsirləndirilən şəxs dostunun prokuror olduğunu deyərək guya onun vasitəsilə problemi həll edəcəyini bildirib. Zərərçəkən ifadəsində bildirib ki, əvvəlcə Mirmehdiyə 20 000 manat verib. Təqsirləndirilən şəxs bu pulun guya hakimə çatacağını deyib. Bir neçə gün sonra isə o, zərərçəkənə zəng vuraraq prokurorla Şəkiyə gələcəklərini, prokurora benzin və otel pulu lazım olduğunu bildirərərk bu dəfə də 17 000 manat pul alıb. Zərərçəkənin sözlərinə görə, Mirmehdiyə üst-üstə 42 000 manat pul verib. Mimehdi məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












