Prospektdə avtobus zolağına girən “Hyundai” motosikletlə toqquşdu; buferi qopdu - VİDEO

Hadisə 24 Aprel 2025 18:00 Oxunub 342
Prospektdə avtobus zolağına girən “Hyundai” motosikletlə toqquşdu; buferi qopdu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın 8 Noyabr prospektində baş vermiş yol qəzası anbaan kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, avtobus zolağıyla hərəkətdə olan motosiklet həmin zolağa keçid edən “Hyundai Elantra” markalı maşınla toqquşub. Kadrda “Hyundai”ın sürücüsünün tıxacda gözləməmək üçün avtobus zolağına daxil olduğu aydın şəkildə əks olunub. Zərbənin təsirindən maşının buferi qopub. Xoşbəxtlikdən motosikletin sürücüsü xəsarət almayıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh