Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO

Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"23.07.2026-cı il tarixdə saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində "VAZ-11173" markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırır.
Piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər.
Hörmətli piyadalar!
Unutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər", - deyə məlumatda qeyd olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












