Qaçırmaq istədiyi qız onu bıçaqladı - Qohumların qızqaçırma əhvalatı

Ağcabədidə 22 yaşlı qızı zorla qaçırmaqda ittiham olunan qohumların məhkəməsi keçirilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı qaçırılan qızla evlənmək istəyən Xəyal Quliyev (bütün adlar şərtidir), əmisi oğlu Tahir, yeznəsi Rafiq və bibisi Sevda mühakimə edilib. Mühakimə zamanı bibidən başqa qohumların hamısı həbsdə olub.
Cinayət işi materiallarında bildirilib ki, kəndlərdən birinin sakini 24 yaşlı Xəyal qonşu kənddə yaşayan Mədinə ilə evlənmək istəsə də, nə qız, nə də ailəsi razılıq verib. Buna baxmayaraq o, fikrindən dönməyib və sevdiyi qızı qaçırmaq qərarına gəlib.
Qohumlar birlikdə plan qurduqdan sonra qızı qaçırmaq üçün Rafiqin avtomobili ilə qonşu kəndə üz tutublar. Mədinə evdən küçəyə çıxan vaxt Xəyal onu zorla maşına doğru aparıb.
Ən maraqlısı isə budur ki, Mədinə özünü qorumaq üçün üstündə bıçaq gəzdirirmiş. Xəyal onu maşına doğru aparmaq istəyəndə qız bıçağı qəfil çıxarıb ona xəsarət yetirib. Oğlan yüngül xəsarət alsa da, qızı qaçırmaq fikrindən daşınmayıb və qohumlarının köməkliyi ilə istəyinə nail olub.
Hadisədən bir az keçəndən sonra Mədinənin valideynləri polisə şikayət edib, qızlarının qaçırıldığını deyiblər. Məlumat daxil olandan qısa müddət sonra polis əməkdaşları qaçırılan qızı Xəyalın qohumunun evində tapıblar. Mədinə ailəsinə təhvil verilib, bibi istisna olmaqla onu qaçıranların hamısı həbs edilib.
Qız qaçıran dəstənin işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxslərin hamısı əməllərindən peşman olduqlarını deyib, zərərçəkmiş tərəfdən üzr istəyiblər. Qaçırılan qız və valideynləri də təqsirləndirilənləri bağışlayıb.
Hakimlər tərəflər arasında barışıq əldə edilməsini, müttəhimlərin əməllərindən səmimi peşmanlıq çəkmələrini nəzər alıb.
Hökmə əsasən, adam oğurluğunda təqsirli bilinən qohumların hamısına şərti cəza verilib. Xəyal, Tahir və Rafiq məhkəmə zalında həbsdən azad ediliblər. Cinayətdə iştirak edən bibi barəsində əvvəlcədən “polis nəzarətinə vermə”qətimkan tədbiri seçildiyindən digərləri kimi cəzasını şərti çəkəcək.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












