Qadın sərnişin avtobusda butulka çıxarıb insanlara hücum etdi - VİDEO

Hadisə 2 May 2025 22:03 Oxunub 378
Qadın sərnişin avtobusda butulka çıxarıb insanlara hücum etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qadın sərnişinin həmcinsinə araq butulkası ilə hücum etməsi görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.  Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib.

Belə ki, şəhər avtobuslarının birində sərxoş qadın sərnişinlərlə mübahisə etməyə başlayıb. Məsələnin böyüdüyünü görən sürücü qadını öndəki boş oturacağa əyləşdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Bir müddət sonra isə sərxoş qadın çantasından çıxardığı araq butulkası ilə mübahisə etdiyi sərnişinlərdən birinin – yaşlı qadının başına vurub. Qadın ikinci zərbəni endirmək istəyəndə isə bu dəfə kişi sərnişin ona mane olub. Başından ağır xəsarətlər alan zərərçəkən sərnişinlərin köməkliyi ilə xəstəxanaya aparılıb.

Qadınla bağlı isə polisə müraciət olunub.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh