
Qadın sərnişin infarkt keçirən avtobus sürücüsünü xilas etdi - VİDEO
Hadisə
4 Fevral 2025 13:18
Oxunub 176

Kocaelidə avtobus hərəkətdə olarkən sürücü infarkt keçirib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə Kocaelinin Dilovası mahalında baş verib. Belə ki, sərnişin avtobusunun sürücüsü sükan arxasında olarkən infarkt keçirib. Avtobus idarəetmədən çıxaraq maneəyə çırpılaraq irəliləməyə davam edib. Bu vaxt qadın sərnişin sürətlə sükanı ələ keçirib. Avtobusu nəzarətə götürməyə çalışan qadın böyük fəlakətin qarşısını alıb.
Qəzada yüngül xəsarət alan 4 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib və sonra onlar xəstəxanaya aparılıb.
Avtobusda olan digər sərnişinlər isə hadisə yerinə yönəldilmiş başqa avtobusla yollarına davam ediblər.
Qəza nəticəsində avtobusa maddi ziyan dəyib.
(sonxeber)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR