Qadına qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Balaxanı qəsəbəsində qadının evinə daxil olaraq quldurluq etməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxs və vəkili onun xəstə olmasının nəzərə alınmasını xahiş edib. Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Cavidan Əhmədli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Balaxanı qəsəbəsində baş verib. İttihama görə, Cavidan Əhmədli qeyri-rəsmi nikahda olduğu Südabə Vəliyevanın qohumu Solmaz Mirzəyevanın evinə içkili vəziyyətdə basqın edib. O, bıçaqla zərəçəkəni hədələyərək pul və zinət əşyalarını oğurlayıb. Cavidan Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 181.2.3 (mənzilə qanunsuz daxil olmaqla törədildikdə), 181.2.4 (xeyli miqdarda əmlak ələ keçirilməklə törədildikdə) və 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












