Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi

Noyabrın 7-də Qəbələ rayonunda qadına qarşı xuliqanlıq etmiş 36 yaşlı S.Səlimov həbs edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S.Səlimova 12 sutka inzibati həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Qəbələnin kəndlərindən birində yaşayan S.Səlimov digər kənddə yaşayan Vüsalə (şərti) ilə münasibət qurub və gizli sevgi yaşayıblar. Bir müddət sonra evli şəxslər arasındakı münasibət pozulub və Vüsalə S.Səlimovla görüşməkdən imtina edib.
Bundan sonra qadın ondan əl çəkməyən şəxsdən polisə şikayət edib və onun barəsində inzibati tənbeh tədbiri görülüb.
Amma S.Səlimov qadını narahat etməyə davam edib, Vüsalə bu barədə onun ailəsinə bildirib. 3 uşaq atası olan S.Səlimov isə əsəbiləşərək Vüsalənin həbsdə olan ərinə zəng edib, arvadı ilə sevgi münasibəti yaşadığını deyib.
Bundan sonra Vüsalə qonşu kəndə gedərək S.Səlimovun ailəsi ilə məsələni müzakirə edib aydınlaşdırmaq, baş verənlərə son qoymaq istəyib. Bu zaman S.Səlimov evdən çıxaraq Vüsaləni söyüb və küçədə səs-küy salaraq xırda xuliqanlıq əməli törədib.
Vüsalənin polisə növbəti şikayətindən sonra S.Səlimov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO












