Qanunsuz mayalanma prosedurlarının aparıldığı aşkarlandı - Klinika 6 min cərimələndi

Səhiyyə Nazirliyi "Caspian International Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yoxlama aparıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Caspian International Hospital"da aparılan yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələri üzrə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmə materiallarından məlum olub ki, Analitik Ekspertiza Mərkəzinin apardığı plandankənar yoxlama zamanı klinikada lisenziyada nəzərdə tutulmayan ginekologiya fəaliyyəti üzrə ekstrakorporal mayalanma (EKM) prosedurlarının həyata keçirildiyi, həmçinin dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və saxlanma şəraitinə riayət edilməyən dərman vasitələrinin mövcud olduğu müəyyən edilib.
Yoxlama zamanı, həmçinin tibb avadanlıqları və cihazlarının normativ-texniki tələblərə cavab vermədiyi, müəssisənin lisenziyada göstərilməyən tibbi fəaliyyət növlərini həyata keçirdiyi, dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş, saxlanma şəraitinə riayət olunmadan və qismən qablaşdırılmamış vəziyyətdə dərman vasitələrinin saxlanıldığı aşkarlanıb. Aşkar edilmiş faktlar fotoşəkillərlə sənədləşdirilərək akta əlavə olunub.
Yoxlama müəssisənin baş direktoru Cəbrayıl Abbasovun iştirakı ilə aparılıb. O, izahatında bildirib ki, xəbərdarlıqdan sonra müəssisədə sonsuzluğun müalicəsi ilə bağlı prosedurlar dayandırılıb. Onun sözlərinə görə, aşkar edilmiş embrionlar əvvəllər müalicə almış pasiyentlərdən qalan embrionlardır.
İş materiallarında yer alan Analitik Ekspertiza Mərkəzinin ekspert rəyində isə qeyd olunub ki, yoxlama zamanı aşkar edilmiş faktlar müəssisədə yardımçı reproduktiv texnologiyalar üzrə fəaliyyətə dair tibbi sənədləşmənin lazımi qaydada təqdim edilmədiyini, fəaliyyətin dayandırılması barədə verilmiş məlumatın laboratoriyada aşkar olunan sənədlər və embrionların mövcudluğu ilə uyğunluq təşkil etmədiyini göstərir.
Məhkəmənin qərarı ilə "Caspian International Hospital" MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 6 000 manat məbləğində cərimə edilib.
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü
Yanacaqdoldurma məntəqəsinin kafesi alovlandı – İlk müdaxiləni vətəndaşlar etdi - VİDEO
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü










