Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir - FOTO

Sosial şəbəkələr vasitəsilə dənizdən ovlanmış balıq adı altında müxtəlif dəniz məhsullarının, o cümlədən nərə kürüsünün qanunsuz satışını həyata keçirən şəxslərlə bağlı araşdırmalar davam edir. Avtosfer.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələrinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə keçirdiyi reyd nəticəsində bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər müəyyən edilib. Reyd zamanı onlardan bir ədəd 8 kiloqramlıq nərə balığı, hər birinin çəkisi 1355 qram olan 3 ədəd və hər birinin çəkisi 113 qram olan 7 ədəd xüsusi qablaşdırılmış bankalarda nərə kürüsü aşkarlanıb. İlkin ekspertizanın rəyinə görə, satılan balıq məhsullarının təsərrüfat şəraitində yetişdirildiyi ehtimal olunur. Faktla bağlı istintaq davam edir. İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu və qadağan olunmuş balıqların ovlanması, emalı və satışı qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.
.jpeg)
.jpeg)
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












