Qanunsuz parklama yerində “parkovşik” sürücünü şərləməyə çalışıb - VİDEO

Paytaxtda qanunsuz təşkil edilən parklanma yerində şirkətə məxsus yük maşınını idarə edən şəxs əraziyə nəzarət edən “parkovşik” tərəfindən şərlənib.
Avtosfer.az xəbər verir ki, nəzarətçi ona mane olaraq özünü maşının önünə atıb. Ayağını maşının altında qalmış kimi göstərməyə çalışan “parkovşik” bu üsulla istəyinə nail ola bilməyəcəyini görüb və əlindəki taxta dəyənəklə sürücünü vurub.

Daha sonra digər maşının arxasına keçərək ayağını tutan nəzarətçinin başına görüntülər çəkilən binanın yuxarı mərtəbələrindən kələm atılıb. Baş verənlərə təmkinlə yanaşan sürücü isə nəzarətçi ilə münaqişəyə girməyərək ərazidən uzaqlaşıb.
Bina sakinləri deyir ki, “parkovşik” hər dəfə kimləsə mübahisə edir. Hətta sakinlərdən bəziləri ilə əlbəyaxa dava da edib.
Qeyd edək ki, belə qanunsuz parklama yerlərinin təşkil etmək 2000 manat cərimə ilə nəticələnir.
Səfər Əlizadə
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO














