Qar uçqunu bütöv bir bölgəyə giriş-çıxışı bağladı - VİDEO

Hadisə 6 Fevral 2024 21:08 Oxunub 468
Qar uçqunu bütöv bir bölgəyə giriş-çıxışı bağladı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dağıstanda qəfil qar uçqunu baş verib.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsindən məlumat verilib.

“Dağıstanın bütün yüksək dağlıq Tsuntinski rayonu ilə qar uçqunu səbəbindən nəqliyyat əlaqəsi kəsilib”, - məlumatda bildirilir.

Ölənlər barədə məlumat verilməyib, detallar dəqiqləşdirilir.

Qeyd edək ki, Soçi kurortunda da həmçinin qar uçqunu baş verib. Xilasedicilər altı nəfəri qar altından çıxarıblar. (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh