Qara dənizdə gəminin vurulma anı - VİDEO

Türkiyədə - Kocaelinin Kandıra rayonunun Kefken sahillərində dünən zərbə aldığı bildirilən xarici gəminin görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, gəminin vurulduğu an dron kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb. Hadisədən sonra gəminin vurulma anını göstərən görüntülər yayımlanıb. Dronun qeydə aldığı kadrlarda zərbə anında alovların yüksəldiyi və qalın tüstü buludlarının səmanı bürüdüyü aydın görünür.
Qeyd edək ki, dünən Qara dənizdə hərəkətdə olan xarici gəmi kim tərəfindən həyata keçirildiyi hələ müəyyən edilməyən hücum nəticəsində vurulub. Zərbədən sonra gəmidə yanğın baş verib. Sahildən təxminən 30 mil uzaqlıqda olan gəmiyə Sahil Təhlükəsizliyi, Sahil Mühafizəsi, UMKE (Milli Tibbi Xilasetmə Qrupu) və tibbi yardım qrupları cəlb edilib. Komandaların sürətli müdaxiləsi nəticəsində göyərtədəki 25 heyət üzvü təhlükəsiz şəkildə təxliyə olunub. Qara dənizdə eyni gün iki ayrı tankerdə baş verən partlayış və yanğınlardan sonra Rusiya mediası partlayışların “xarici təsir” nəticəsində yaşandığını iddia edib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, partlayışların xarici müdaxilə nəticəsində baş verdiyi ehtimal olunur:
“Bu, mina və ya pilotsuz dəniz vasitəsi ilə həyata keçirilmiş hücum ola bilər”.
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO










